Dünya artıq onu tanıyır - Azərbaycan tarixində ilk dəfə...

FIDE dünya şahmatçılarının yeni reytinq siyahısını açıqlayıb.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ölkə tarixində ilk dəfə 3-cü pilləyə yüksəlib.


Hazırda 2799 xala malik 32 yaşlı qrossmeyster yalnız norveçli dünya çempionu Maqnus Karlsen (2837) və ermənistanlı Levon Aronyandan (2805) geri qalır.

 

Teymur Rəcəbov 2 pillə irəliləyərək 2748 xalla 17-ci pillədə qərarlaşıb. Ən böyük sıçrayışa isə Rauf Məmmədov nail olub.

 

2709 xala malik 29 yaşlı şahmatçı 18 pillə irəliləyib və 40-cı mövqeyə yüksəlib. 2705 xalı olan Arkadi Naydiç isə 1 pillə irəliləyib. O, hazırda 43-cüdü.

Tarix: 1 Dekabr 14:48    Oxunub: 255    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.