Prosineçkiyə Azərbaycandan 5 dəfə az əmək haqqı təklif olunub

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki ilə Bosniya və Herseqovina Futbol İttifaqının rəhbərliyi arasında danışıqlar aparılıb. 

 

Sportinfo.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin sükanı arxasına keçməyə əsas namizəd olan 48 yaşlı mütəxəssislə müzakirələrin detalları açıqlanmır.


"Vecernji List" yazır ki, Prosineçkinin ilinə 150 - 200 min avro təklif olunub. Lakin xorvatiyalı mütəxəssis danışıqlar zamanı maliyyə məsələsinin müzakirə olunmadığını bildirib.

 

O deyib ki, Bosniya və Herseqovina millisinin baş məşqçisi olmaq ideyasını cəlbedicidir: "Bu komandada yaxşı oyunçular var. Hər bir baş məşqçi üçün bu cür potensiallı futbolçularla çalışmaq çətindir".

 

Robert Prosineçkinin rəhbərlik etdiyi məşqçilər heyətinin Azərbaycan millisində illik əmək haqqı 1,2 milyon avro olub.

Tarix: 1 Dekabr 11:00    Oxunub: 302    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.