“Neftçi”dən Rəhmana 2 oyunluq cəza və 800 manat cərimə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportinfo.az xəbər verir ki, iclasda birinci divizionun 11-ci və əvəzedicilərin çempionatının 13-cü turunda baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar verilib.

 

Əvəzedici heyətlərin 13-cü turunun “Neftçi” - “Keşlə” matçının 72-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Rəhman Daşdəmirov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

 

“Kəpəz” - “Qəbələ” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat miqdarında cərimə ödəməli olacaq.

 

Birinci divizionun 11-ci turunun “Ağsu” - “Şüvəlan” oyununun 77-ci dəqiqəsində ev sahiblərinin futbolçusu Arzuman Nəsibov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub isə 20 manat cərimə ödəməli olacaq.

 

“Binə” - “Mil-Muğan” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Tarix: 1 Dekabr 08:12    Oxunub: 426    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.