Azərbaycan yığmasının Dünya Kuboku üçün heyəti açıqlandı

Dekabrın 1-də Rusiyanın Çeboksarı şəhərində start götürəcək qadın güləşi üzrə Dünya Kuboku üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. 


Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, iki gün davam edəcək yarışda 7 pəhləvan mübarizə aparacaq. 


Böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (48 kq), Səbinə Həmzəlzadə (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) çıxış edəcək. Yalnız 75 kq çəki dərəcəsində heç kim olmayacaq.

 

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Çin, Ukrayna və Monqolustan komandaları ilə B qrupunda mübarizə aparacaq. A qrupunda isə Rusiya, ABŞ, Yaponiya və İsveç komandaları qüvvələrini sınayacaq.

 

Proqrama əsasən, dekabrın 1-də qrup görüşləri keçiriləcək. Ertəsi gün qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək. Qarşılaşmaların idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək.

Tarix: 29 Noyabr 11:12    Oxunub: 245    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Yanvar 2018
21 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.