UEFA-nın üstündən xətt çəkdiyi hakimi rüşvətpərəst sədr niyə müdafiə edir?

AFFA İntizam Komitəsinin noyabrın 15-də keçirilən clasında qadın komandaların mübarizə apardığı liqalarda baş verən olaylarla bağlı bir sıra qərarlar qəbul edildi. 


Yüksək Liqada “Baku City” - “İnter” PİK matçının 27-ci dəqiqəsində qonaqlardan Roza Quliyeva hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan qovulub – o, 2 2 oyunluq cəzalanıb.


Oyunun ikinci hissəsində isə “İnter” ümumiyyətlə, meydana çıxmayıb və 0:5 hesablı texniki məğlubiyyət alıb. “İnter”in baş məşqçisi Anar Vəliyevə xəbardarlıq olunub. Bu hal yenidən baş verəcəyi təqdirdə, daha ağır sanksiyaya məruz qalacaqları ilə hədələnib.


“İnter” növbəti hesabat həftəsində Qubaya səfər edib. Amma kimsə maraqlanmdı ki, heç bir yerdən maliyyə dəstəyi almayan bu komanda niyə bu addımı atıb.

 

Səbəb qərəzli hakimlikdi. Belə ki, ilk hissənin ortasında “İnter”in qapısına qaydalara zidd - künc zərbəsindən sonra Maradonasayağı qol vurulub. Baş hakim Fəridə Lütvəliyeva ev sahiblərinin lehinə cərimə zərbəsi təyin etmək əvəzinə meydanın mərkəzini göstərib.

 

Haqlarının pozulmasına etirazını bildirən Roza Quliyeva isə qarşısında qırmızı vərəqə görüb. Bu və buna oxşar hadisələr ötən turlarda da yaşandığından, “İnter”ın futbolçuları ikinci yarıda paltardəyişmə otağını vaxtında tərk etməyib. 

 

O da qəribədi ki, AFFA Hakimlər Komitəsi həmin referini növbəti turda da “İnter”in oyununa fəhkim edib və yalnız güclü etirazdan sonar təyinatı dəyişib. Federasiyada biliblər ki, əgər Fəridə meydanda olsa, onun ədalətsiz davrandığı komanda bir də çemoionat oyunlarına çıxmayacaq. 


Bəs kimdi bu qadın? Məlumat üçün bildirək ki, AFFA ona FİFA referisi adını vermək üçün dəfələrlə UEFA-ya müraciət edib. Qarşı tərəf isə düz iki dəfə Bakıya məktub göndərərək, Fəridənin adının namizədlər siyahısına salınmamasını istəyib.

 

Onların fikrincə, sözügedən “fit sahibi”nin səviyyəsi nəinki qitə, heç daxili çempionatda idarəcilik etməyə də çatmır. Elə isə rüşvətsevər Xaqani Məmmədov nədən onu irəli çəkmək istəyir? Çünki o, keçmişi ləkəli sədrin çevrəsindəki şəxslərdən birinin yaxın qohumudu. 


Ümumiyyətlə, qadın futbolu diqqət mərkəzindən çox kənarda qalıb. Bu sahədə sözün həqiqi mənasında hərc-mərclik hökm sürür. Inanılması güc hadisələr bir-birini əvəz edir. Sportinfo.az olaraq, bundan sonra qadın futboluna xüsusi nəzər yetirəcək, yaşanan biabırçı olayları ictimailəşdirəcəyik. Belə olmaz. 

 

Tarix: 27 Noyabr 11:48    Oxunub: 772    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.