“Neftçi” ilə “Kəpəz”dən qolsuz sülh, “Qəbələ”dən darmadağın

Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 13-cü tura start verilib.

 

"Neftçi" - "Keşlə" görüşü qolsuz başa çatıb. Çempionatın lideri “Qəbələ” Yevlaxda “Kəpəz”lə qarşılaşıb.

 

Görüş Elmar Baxşıyevin yetirmələrinin üstünlüyü ilə keçsə də, “qırmızı-qaralar” autsayderin müqavimətini qırmaqda çətinlik çəkib. Bu üzdən də matçdakı bütün qollar ikinci hissəyə təsadüf edib.

 

Hesab yalnız 68-ci dəqiqədə açılıb. Rövlan Muradov meydan sahiblərini məyus edib. 4 dəqiqə sonra Ülvi İbazadə fərqi artırmağa müvəffəq olub.

 

Qarşılaşmanın sonlarında isə Amin Seydiyev böyükhesablı qələbəni rəsmiləşdirən qola imza atıb - 3:0.

 

Beləliklə, mövsümdə 11-ci qələbəsini qazanan əvəzedicilər 8-ci böyük hesabla qalib gəlib. Turun digər oyunları sabah keçiriləcək: "Zirə" - "Qarabağ", "Sumqayıt" - "Səbail".

 

"Kəpəz" - "Qəbələ" - 0:3
Qollar:
 Rövlan Muradov, 68. Ülvi İbazadə, 72. Amin Seydiyev, 84.

 

"Neftçi" - "Keşlə" - 0:0

Tarix: 27 Noyabr 10:36    Oxunub: 284    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.