Millinin baş məşqçisi Bakıdakı uğursuzluğa görə istefaya göndərildi

Rusiyanın qadın voleybolçulardan ibarət milli komandasının baş məşqçisi Konstantin Uşakov və onun köməkçisi Vladimir Kuzyutkin istefaya göndərilib.

 

Sportinfo.az xəbər verir ki, bu barədə federasiya prezidenti Stanislav Şevçenko açıqlama verib. Kuzyutkin baş məşqçi vəzifəsinə fevralda təsdiqlənib. Sentyabrda isə onu Uşakov əvəzləyib. 

 

Rusiya millisi bu il Azərbaycan və Gürcüstanda keçirilmiş Avropa çempionatının 1/4 finalında Türkiyə yığmasına uduzaraq mübarizəni dayandırıb. Bununla da qonşu ölkə 2013 və 2015-ci illərdə əldə etdiyi tituldan məhrum olub. 

Tarix: 25 Noyabr 11:00    Oxunub: 233    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.