Səhvlərə yol verən Əliyar Ağayev bu həftə təyinat almadı

Premyer Liqada XIII turun təyinatları açıqlanıb. Sportinfo.az xəbər verir ki, həftənin mərkəzi oyunu sayılan “Zirə” – “Qarabağ” dueli Fariz Yusifova həvalə olunub.


“Kəpəz” ilə “Qəbələ”nin görüşündə Ömər Paşayev fit çalacaq. “Neftçi” – “Keşlə” qarşılaşması Rauf Cabbarova, “Sumqayıt” – “Səbail” matçı Rəhim Həsənova tapşırılıb.

 

Ötən tur “Neftçi” – “Qəbələ” matçında bir sıra səhvlərə yol verən FİFA referisi Əliyar Ağayev bu həftə təyinat almayıb.

25 noyabr (şənbə)
14:30. “Kəpəz” – “Qəbələ”
Hakimlər:
Ömər Paşayev, Namiq Hüseynov, Vüsal Qənbərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
Gəncə şəhər stadionu


17:00. “Neftçi” – “Keşlə”
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Ramil Diniyev
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
“Bakcell Arena”


26 noyabr (bazar)
16:00 . “Sumqayıt” – “Səbail”
Hakimlər:
Rəhim Həsənov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Vüsal Əliyev
“Kapital Bank Arena”

 

18:00. “Zirə” – “Qarabağ”
Hakimlər:
Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məlik Həsənov
Zirə İdman Kompleksinin stadionu

Tarix: 24 Noyabr 15:00    Oxunub: 341    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.