“Şans varsa, həmişə onun ardınca getməliyik, 4:0 udmalıyıq"

“Bavariya”nın hücumçusu Robert Levandovski Çempionlar Liqasının qrup mərhələsinin son turunda PSJ-ni 4 top fərqi ilə məğlub edəcəklərinə inanır.

 

Sportinfo.az xəbər verir ki, Münhen təmsilçisi qrup mərhələsini lider kimi başa vurmaq üçün qrupdakı son oyununda, ilk qarşılaşmada 0:3 hesabıyla uduzduğu Paris klubunu 4 top fərqi ilə məğlub etməlidi.

 

Polşalı hücumçu Almaniya mətbuatına açıqlamasında bunu bacaracaq gücdə olduqlarını deyib:

 

“Şans varsa, həmişə onun ardınca getməliyik. PSJ-ni 4:0 hesabıyla məğlub etməliyik. Asan olmayacaq, lakin Münhendə hər şey mümkündü. Əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

 

PSJ ÇL-in qrup mərhələsində keçirdiyi 5 oyunun hamısını qələbə ilə başa vurub. Paris təmsilçisi bu qarşılaşmalarda 24 qol vurub, öz qapısında 1 top görüb.

Tarix: 24 Noyabr 14:24    Oxunub: 119    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.