“Metallurq”un müdafiəçisi: "Mənim heç bir Azərbaycan köklərim yoxdu”.

“Komandamızı saxlayan azərbaycanlı iş adamları AFFA ilə çox yaxşı əlaqələrə malik idi.

 

Elə alındı ki, çempionat başa çatan kimi mən Azərbaycanın yeniyetmələrdən ibarət millisinə baxışa yollandım” - Sportinfo.az xəbər verir ki, bunu Lipetskin “Metallurq” klubunun futbolçusu İlya Baulçev deyib.
 
19 yaşlı müdafiəçi vətənində verdiyi müsahibəsində bildirib ki, vaxtı ilə çıxış etdiyi “Proqress”in sahibi azərbaycanlılar olduğu üçün AFFA-ya təklif olunub. Lakin onun ölkəmiz adından çıxışı uğursuz alınıb:

 

“Bu komanda Minskdə təlim-məşq toplanışında idi. Onlar Belarusla 2 yoxlama matçı keçirdilər. Mən də bu qarşılaşmaların hər ikisinin son 20 dəqiqəsində meydanda oldum.

 

Bu, məşqçilər korpusu üçün yetərli oldu və bir də məni yığmaya dəvət etmədilər. Bilmək olmaz ki, mən bu ölkənin millisində möhkəmlənsəydim, karyeram necə davam edəcəkdi. Vurğulayım ki, mənim heç bir Azərbaycan köklərim yoxdu”.

Tarix: 24 Noyabr 13:12    Oxunub: 538    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.