Hakimlərdən futbolçu və məşqçilərin şikayətlərinə cavab - Tətil edəcəklər!

Portuqaliyalı hakimlər klublar, məşqçilər və futbolçular onların işi ilə bağlı hədsiz şikayətlərini davam etdirəcəkləri təqdirdə tətilə başlayacaqlarını bildiriblər.

 

Sportinfo.az xəbər verir ki, Portuqaliya Futbol Hakimləri Assosiasiyasının (PFHA) yaydığı bəyanata görə, hakimlər onların müəyyən klubların maraqlarını güdməsi və ya korrupisya sxemlərində iştirak etməsinə dair "böhtanlar"a daha dözmək fikrində deyillər.


Hakimlər həmçinin matçın rəsmi şəxslərinin mühafizəsi üçün tətbiq edilən etik və intizam qaydalarını pozanlara qarşı cəzaları güclədirmək niyyətindədirlər. Assosiasiya tətilə dekabrın ortalarından başlayacaqlarını bildirib.

Tarix: 24 Noyabr 12:12    Oxunub: 124    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.