"Atletiko"dan Koke: “Qarabağ”ın köməyinə ehtiyacımız var"

“Atletiko”nun futbolçusu Koke Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanmaq üçün “Qarabağ”ın köməyinə ehtiyac duyduqlarını açıqlayıb.

 

Sportinfo.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi qrupdan çıxmaq üçün sonadək mübarizə aparacaqlarını söyləyib.


“Həmişə inanırıq, çünki devizimiz belədir. İmkan varsa, sona qədər mübarizə aparacağıq. Londona yollanıb, qalib gəlmək üçün bütün gücümüzü ortaya qoyacağıq və “Qarabağ”ın Romada müsbət nəticə əldə edəcəyinə ümid bəsləyəcəyik”, - Koke bildirib.


5 turdan sonra İngiltərə təmsilçisi “Çelsi” 10 xalla C qrupunun lideridir. İkinci sıradakı İtaliya “Roma”sının 8, üçüncü yerdəki “Atletiko”nun 6, son pillədəki “Qarabağ”ın isə 2 xalı var.

 

Sonuncu turda Londona səfər edəcək madridlilər 1/8 finala vəsiqə qazanmaq üçün mütləq qalib gəlməli və Azərbaycan çempionunun Romada uduzmamasına ümid etməlidirlər.

Tarix: 24 Noyabr 11:48    Oxunub: 147    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.