İstəyirsən? 40 avrodu

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Roma"yla səfər matçını stadiondan izləmək istəyən azarkeşlər oyunun biletlərini sabahdan etibarən Ağdam klubunun bazasından ala bilərlər.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı klubun saytı yayıb. "Köhlən atlar"ın ÇL-in cari mövsümündə son matçını stadiondan canlı izləmək istəyən azarkeşlər həftə içi hər gün, saat 10:00-dan 18:00-a qədər "Qarabağ"ın bazasından matçın biletini ala bilərlər.

 

Biletləri almağa gələnlər özüylə xarici pasport da gətirməlidilər. Ödənişlər yalnız avroyla həyata keçirilir. Bir biletin qiyməti 40 avrodu.

Tarix: 24 Noyabr 11:36    Oxunub: 105    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.