Heç bir səbəb olmadan sarı vərəqə alan futbolçunun bu hərəkət...

UEFA “Real”ın müdafiəçisi Dani Karvahal barədə araşdırmaya başlayıb.

 

Sportinfo.az xəbər verir ki, buna Karvahalın Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilmiş APOEL-lə səfər oyununun (6:0) son dəqiqələrində sarı vərəqə alması səbəb olub.

 

Komandasının böyük hesabla irəlidə olduğu bir anda, heç bir səbəb olmadan sarı vərəqə alan ispan futbolçunun bu hərəkəti qitənin ali futbol qurumunun şübhələrinə yol açıb.

 

Belə ki, bununla, Karvahal sarı vərəqə limitini dolduraraq, qrup mərhələsinin “Borussiya”ya qarşı - heç bir əhəmiyyət daşımayan oyununda cəza səbəbindən çıxış edə bilməyəcək.

 

Əvəzində, o, 1/8 finalda forma geyinmək şansı qazanacaq. UEFA Karvahalın məhz bu səbəbdən Kiprdəki matçda qəsdən sarı vərəqə almasından şübhələnir.

 

İntizam Komitəsi dekabrın 7-də keçiriləcək iclasda onun qəsdən sarı vərəqə aldığı qənaətinə gəlsə, UEFA-nın qaydalarının 15-ci bəndinə əsasən, müdafiəçi daha bir oyunluq cəza ala bilər.

Tarix: 24 Noyabr 11:24    Oxunub: 103    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.