UEFA buna görə cəzalandıracaq

UEFA “Bavariya”nı cəzalandırmağa hazırlaşır.

 

Sportinfo.az xəbər verir ki, qitə futbol qurumu Münhen klubu ilə bağlı araşdırmaya başlayıb. Buna sözügedən klubun azarkeşlərinin Çempionlar Liqasında “Anderlext”lə səfər matçının biletlərinin baha olmasına etirazı səbəb olub.

 

Məsələ burasındadı ki, alman azarkeşlər etirazlarını oyun zamanı stadionda açdıqları pankartla bildirməklə kifayətlənməyib, qazona saxta pul və cüzdanlar atıblar.

 

Bu isə UEFA-nın İntizam Komitəsinin iclasındakı qərardan asılı olaraq, cəzasız qalmayacaq. Bu barədə ÇL-in qrup mərhələsi başa çatdıqdan sonra, dekabrın 7-də qərar veriləcək. “Bavariya” Belçikada keçirilən bu oyunda 2:1 hesablı qələbə qazanıb.

Tarix: 24 Noyabr 10:36    Oxunub: 135    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.