Bakı klubunu çalışdıracaq baş məşqçi ilə müqavilənin GİZLİ ŞƏRTLƏRİ

Dünən xəbər verdiyimiz kimi, Yuri Maksimov yaxın günlərdə Azərbaycan klublarından birinə rəhbərlik edə bilər.


48 yaşlı ukraynalı mütəxəssis Bakıya gəlib. Təyinat baş tutsa, Maksimov Azərbaycanda çalışan ikinci əcnəbi baş məşqçi ola bilər. Hazırda daha bir ukraynalı - Roman Qriqorçuk "Qəbələ"yə rəhbərlik edir.


Yuri Maksimov əvvəllər Ukraynanın "Dnepr", "Dinamo" (Kiyev), Almaniyanın "Verder" kimi komandalarında çıxış edib.

 

2005-ci ildə Belarusda - "Dinamo"da (Minsk) baş məşqçi karyerasına başlayıb. 2006 - 2013-cü illərdə Ukraynanın MOİK (Kiyev), "Obolon", "Krivbass", "Metallurq" (Donetsk) və "Mordoviya"nın baş məşqçisi olmuş Maksimovun son komandası ötən mövsüm rəhbərlik etdiyi Qazaxıstan "Taraz"ı olub.

 

2013-2014 mövsümündə "Mordoviya"nı Rusiya I Divizionunun qalibi edərək, Premyer Liqaya çıxarıb. Onu isə burda “Qəbələ”dən qayıdan Yuri Syomin əvəzləyib.

 

Ukraynalı 99 faiz ehtimalla “Keşlə”nin sükanı arxasına keçəcək. O, artıq Bakı təmsilçinin Müşahidə Şurasının sədri Zaur Axundovla görüşüb və bu toplantı bir neçə saat davam edib.

 

Tərəflər əksar məsələlərdə ortaq məxrəcə gəlib. “Keşlə”nin şəraiti ilə yerində tanış olan, büdcəsini öyrənən ukraynalı Premyer Liqada 2-ci dövrə bitəndən sonar rəsmən yeni işinin icrasına başlamağa razılaşıb.

 

Qış fasiləsinin élan olunmasına isə cəmi iki tur qalıb. Lakin o, bu müddətdə boş oturmayacaq. Axundov Maksimovdan indidən transfer çalışmalarına start verməsini istəyib. Axtarışlar qarşıdakı 2 ay boyunca davam edəcək.

 

Yaxınlarda qovulan Zaur Svanadzedən fərqli, onun qarşısına konkret hədəf qoyulmayıb. 1,5 illik müqaviləyə imza atacaq mütəxəssisdən cari mövsüm medallar uğrunda mübarizə aparmaq tələb edilməyib.

 

Birinci mərhələdə komandanı yenidən formalaşdırmalı və mümkün olarsa, 4-5-ci yerə qaldırmalıdı. Gələn ilin yanvarında FİFA-nın ilyarımlıq transfer qadağası bitəcək və Maksimov buna əsaslanaraq, ilk 6 ayı adaptasiyaya və kollektivi formalaşdırmağa həsr edəcəyini bildirib. 


SPORTİNFO.AZ

Tarix: 24 Noyabr 10:12    Oxunub: 560    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.