Bu yay baş məşqçi postuna gətirdi, 2 illik müqavilə bağladı və qovdu

“Lill” baş məşqçi Marselo Byelsa ilə yollarını ayırıb.

 

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İstefaya argentinalı mütəxəssisin rəhbərliyi altında komandanın uğursuz çıxış etməsi səbəb olub.

 

“Lill” Fransa çempionatında geridə qalan 13 turda cəmi 3 qələbə qazanıb, 3 heç-heçəyə nail olub. Meydanı 7 dəfə məğlub tərk edən komanda hazırda 12 xalla 20 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb.

 

Böyük ümidlərlə gətirilən 62 yaşlı mütəxəssisin bu cür uğursuz nəticələrə imza atması onun qovulması ilə nəticələnib. Liqa 1 təmsilçisinin bu yay baş məşqçi postuna gətirdiyi Byelsa ilə 2 illik müqaviləsi var idi.

Tarix: 24 Noyabr 00:40    Oxunub: 117    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.