"Taleyimiz öz əlimizdədi, "Qarabağ"ı mütləq udmalıyıq"

"Roma”nın yarımmüdafiəçisi Maksim Qonalon Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Atletiko”ya qarşı keçirdikləri səfər oyunundakı (0:2) məğlubiyyətdən sonra fikirlərini bölüşüb.

 

Sportinfo.az xəbər verir ki, o, son turda Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəkləri oyunda mütləq qələbə qazanmalı olduqlarını bəyan edib:

 

“Son turda “Qarabağ”a qarşı matçda mütləq qalib gəlməliyik. Futbolda bəzi şeylər var ki, qəbul edilmir. Bizim taleyimiz öz əlimizdədi.

 

ÇL-də asan rəqib olmur. “Qarabağ”a doğma azarkeşlərimizin dəstəyi altında qalib gəlib, Çempionlar Liqasında yolumuza davam etməliyik”.

Tarix: 24 Noyabr 00:20    Oxunub: 101    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.