Bu ulduz DÇ-də Panama yığmasında çıxış etmək istəyir

Almaniya millisinin sabiq hücumçusu Kevin Kuranyi gələn il Rusiyada təşkil ediləcək dünya çempionatında iştirak etmək istəyir.

 

Sportinfo.az xəbər verir ki, 35 yaşlı futbolçu “bundestim”in yox, gələn il tarixi ərzində ilk dəfə mundialda çıxış edəcək Panama yığmasında yer almağı arzulayır.

 

Bu barədə hücumçu özü “Bild” nəşrinə açıqlamasında məlumat verib: “Mən Panama millisinin bir çox futbolçusu ilə dostluq edirəm. Ümid edirəm, dünya çempionatında onlara kömək etmək fürsəti əldə edərəm”.

 

Atası macar, anası panamalı olan Kuranyi Braziliyada doğulub. O, 15 yaşında Almaniyanın “Ştutqart” komandasına keçib.

 

Bu ölkənin U-20, U-21 yığmalarında da çıxış etmiş Kevin, 2003-2008-ci illər aralığında top qovduğu əsas millidə 52 oyun keçirib, 19 qola imza atıb.

 

Karyerası ərzində “Ştutqart”, “Şalke”, “Dinamo” (Rusiya) və “Hoffenhaym” klublarında çıxış etmiş Kuranyi, bu ilin mart ayında futbolçu karyerasını bitirdiyini açıqlamışdı.

Tarix: 23 Noyabr 22:36    Oxunub: 161    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.