“Roma” İtaliyada “Qarabağ”ı uda bilməsə...

"Qarabağ" avrokuboklarda növbəti mərhələyə yüksələ bilməyib.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisinin C qrupunu 4-cü pillədə başa vuracağı məlum olub.

 

Bu, V turun hər iki oyunu yekunlaşdıqdan sonra dəqiqləşib. 2 xala malik "Qarabağ" evdə "Çelsi"yə uduzduqdan sonra Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə şanslarını itirib.

 

Qrupun digər matçında isə "Atletiko" İspaniyada İtaliya "Roma"sını 2:0 hesabı ilə yenərək, xallarını 6-ya çatdırıb.

 

Bu nəticələrdən sonra "Çelsi" 10 xalla qrup liderinə çevrilib və 1/8 finala vəsiqəni təmin edib. "Roma" 8 xalla 2-ci, "Atletiko" 6 xalla 3-cü pillədə qalıb.

 

Beləliklə, "Qarabağ" üçün dekabrın 5-də İtaliyada "Roma" ilə keçirəcəyi qrup mərhələsinin son tur matçı formallığa çevrilib. Çünki hətta qələbə belə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv dördüncü pillədən irəli getməyə imkan verməyəcək.

 

Əvəzində "Roma" mütləq qalib gəlməlidir. Əks halda, son turun digər qarşılaşmasında "Atletiko" səfərdə "Çelsi"ni yensə, qrup ikincisi kimi, 1/8 finala digər vəsiqəyə sahib çıxacaq.

Tarix: 23 Noyabr 22:12    Oxunub: 178    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.