"KƏPƏZ": Birinin ayağı burxulub, birində ağrılar var, biri...

Noyabrın 25-də doğma meydanda "Qəbələ" ilə qarşılaşacaq "Kəpəz" bu oyuna itkilərlə hazırlaşır.

 

Sportinfo.az kluba istinadən xəbər verir ki, Gəncə təmsilçisinin heyətində zədəlilər var. "Səbail"lə matçda dizi burxulan Viktor Oseqeyl məşqlərdə iştirak etmir.

 

Məhəmməd Qurbanovun da ayağında ağrılar var. Oseqeyldən fərqli olaraq, hazırlıq prosesinə qatılan yarımmüdafiəçi köhnə zədəsini yeniləyib.

 

Zədəlilərin fonunda məşqçilər korpusunu sevindirən məqam Ceyhun Cavadovun sağalmasıdı. Soyuqdəymə səbəbindən ötən turu buraxan yarımmüdafiəçi məşqlərdə iştirak edir.

Tarix: 23 Noyabr 14:24    Oxunub: 161    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.