Rəşad Sadıqovu qovduran: "Penalti epizodda yüngül təmas vardı"

"Penalti epizodda yüngül təmas vardı. Ona görə də hakim haqlı olaraq 11 metrlik cərimə zəribəsi təyin etdi".

 

Sportinfo.az xəbər verir ki, bu sözləri "Çelsi"nin futbolçusu Villian Çempionlar Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

 

Bakı Olimpiya Stadionundakı matçda dubl edən, digər 2 penaltini qazanaraq qəhrəman olan braziliyalı yarımmüdafiəçi uğurlu çıxış etdiyinə görə məmnundu: "İki qol vurduğum üçün sevinirəm.

 

Layiqli qələbə qazandıq. Matçın əvvəlindən yaxşı oynadıq. Hazırda bütün futbolçulara ehtiyacımız var. Üç gündən bir oynadığımızdsan daha çox qələbə qazanmaq üçün istirahətə ehtiyacımız var".

Tarix: 23 Noyabr 14:12    Oxunub: 355    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.