Messi “Barselona”dan gedir?

Lionel Messi qışda “Barselona”nı tərk edə bilər.

 

Sportinfo.az xəbər verir ki, dünən Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Yuventus”un qonağı olan “Barselona”nın hücumçusunun start heyətində yer almaması və ehtiyat oyunçular skamyasındakı əhvalı bu iddiaları bir az da gücləndirib.

 

İspaniya mətbuatında yer alan məlumata görə, Leo qışda “Barsa”dan ayrıla bilər. Xəbərdə klubla yeni müqavilə bağlamayan Messinin rəhbərliyə ayrılmaq istədiyini bildirdiyi iddia edilib.

 

Bundan əlavə, argentinalı futbolçunun oyunboyu baş məşqçi Ernesto Valverde ilə danışmaması da diqqətdən yayınmayıb. Messinin xidmətində “Mançester Siti”nin maraqlı olduğu deyilir.

Tarix: 23 Noyabr 13:36    Oxunub: 170    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.