Dieqo Simeone: "Qarabağ"ın İtaliyada "Roma"dan xal alacağına inanmalıyıq"

"Reallıq budu ki, "Roma" "Qarabağ"dan güclüdü".


Sportinfo.az xəbər verir ki, bunu "Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinin son turunda İtaliyada "Roma" ilə keçirəcəyi oyun barədə danışarkən deyib.

 

Argentinalı mütəxəssis Azərbaycan təmsilçisinin səfərdə "Roma"ya qalib gələcəyinə o qədər də əmin olmadığını bildirib.

 

Lakin o futbolda gözlənilməz halların da baş verdiyini əlavə edib: "Biz inanmalı, son turda "Çelsi"yə İngiltərədə qalib gəlməli, sonra isə taleyimizin necə olacağını görməliyik. Gözləyək və baxaq".

 

C qrupunda 5 turdan sonra "Çelsi" 10 xalla qrup lideridir və 1/8 finala vəsiqəni təmin edib. Qrupdan ikinci vəsiqə uğrunda 8 xala malik "Roma" ilə 6 xalı olan "Atletiko" mübarizə aparır.

 

2 xalı olan "Qarabağ" isə Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə verən 3-cü pillədən də məhrum olub. "Atletiko" ikinci yeri tutmaq üçün sonuncu turda "Çelsi"yə səfərdə qalib gəlməli, "Roma" isə "Qarabağ"la görüşdə xal itirməlidi. 

Tarix: 23 Noyabr 13:12    Oxunub: 164    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.