“Kuarejmanın “Portu”ya qayıdacağına şübhə etmirəm"

Çempionlar Liqasının qrup oyunu çərçivəsində səfərdə “Beşiktaş”la bərabərə qalan (1:1) “Portu”nun prezidenti Pinto da Kosta Türkiyə klubunda çıxış edən Rikardo Kuarejma ilə bağlı açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, Portuqaliya klubunun prezidenti Kuarejmanın nə vaxtsa “Portu”ya qayıdacağını deyib:

 

“Kuarejmanın “Portu”ya qayıdacağına şübhə etmirəm. Futbolçu karyerasını bitirdikdən sonra da Portuda yaşayacaq”.

 

Klub prezidenti “Beşiktaş”la oyundan sonra portuqaliyalı futbolçuların - Kuarejma və Pepenin formalarını alıb:

 

“Portu”dakı dövrlərini xatırlamaq üçün onlardan formalarını aldım. Bir vaxtlar “Portu”da oynamış futbolçuların çoxu ilə dostluq edirəm”.

Tarix: 23 Noyabr 13:00    Oxunub: 117    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.