"Neymarla dost deyilik, ancaq birgə işimizə davam edəcəyik"

PSJ-də Neymar-Kavani böhranı davam edir.

 

Sportinfo.az xəbər verir ki, uruqvaylı hücumçu Fransa mətbuatına açıqlamasında Neymarla dost olmadığını deyib:

 

“Neymarla dost deyilik. O, PSJ-də daha çox Markinyos, Dani Alveş və Tyaqo Silva ilə dostluq edir. Komandada bəzi oyunçularla dost olursan, bəziləri ilə isə daha uzaq məsafədə olursan.

 

Bu, çox normal haldı. Öz mədəniyyətinə yaxın olan insanlarla dostluq edirsən. Neymarla dost deyilik, ancaq birgə işimizə davam edəcəyik. Peşəkarsızsa, işinizə hörmət edərsiz. Əsas olan bir-birinizə hörmət etməkdi”.

 

Bir müddət öncə Neymarla Kavani arasında oyun zamanı penalti yerinə yetirmək uğrunda münaqişə yaşanmış, ancaq daha sonra futbolçular barışmışdılar.

Tarix: 23 Noyabr 12:12    Oxunub: 112    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.