“Qarabağ” dünən uduzsa da...

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycanın mövqeyi yenə dəyişməz qalıb.

 

Ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” ötən gecə İngiltərə çempionu “Çelsi” ilə ev oyununda uduzduğuna (0:4) görə, ölkəmizin xal ehtiyatını zənginləşdirə bilmədi. Buna baxmayaraq, Azərbaycan əvvəlki mövqeyini qoruyub.

 

Hazırda UEFA reytinqində 55 ölkə arasında 22-ci pillədəyik. Azərbaycanın hesabında 19.125 reytinq xalı var. Onun 4.375 xalı (2.625 "Qarabağ", 0.750 "İnter", 0.625 "Zirə", 0.375 "Qəbələ"nin payına düşür) cari mövsümdə qazanılıb.

 

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırırdısa, heç-heçə 0.125 xal verirdi. Qrup mərhələsində isə heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

Tarix: 23 Noyabr 11:48    Oxunub: 171    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.