“Beşiktaş” nə qədər qazandı?

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində evdə “Portu” ilə bərabərə qalaraq (1:1), sona bir tur qalmış qrup liderliyini təmin edən “Beşiktaş”ın qazancı bəlli olub.

 

Sportinfo.az xəbər verir ki, “qartallar” qrup mərhələsindəki çıxışına görə büdcəsini 50 milyon avroya yaxın zənginləşdirib. İstanbul təmsilçisi bu məbləği qrup mərhələsində iştiraka, reklama, topladığı xala (11 xal) və qrupdan çıxdığına görə qazanıb.

 

ÇL-dəki təmsilçimiz “Qarabağ” ilk 4 turdan sonra 13,7 milyon avro qazanıb. "Köhlən atlar" bu pulun 1 milyon avrosunu "Atletiko" ilə iki heç-heçəyə görə əldə edib.

Tarix: 23 Noyabr 11:24    Oxunub: 156    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.