Millimizin də olduğu Avropa çempionatının biletləri satışda

Gələn il yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək futzal üzrə Avropa çempionatının oyunlarına biletlər satışa çıxarılıb.

 

Sportinfo.az xəbər verir ki, təşkilatçı ölkə - Sloveniya noyabrın 20-dən etibarən, yarışın startına 71 gün qalmış bu prosesə start verib.

 

Millimizin də çıxış edəcəyi qitə birinciliyinə ilk bileti UEFA prezidenti Aleksander Çeferin alıb. Rəsmi mərasimdə iştirak edə bilməyən qitənin ali futbol qurumunun rəhbəri bu mesajı göndərib:

 

“Bir neçə il əvvəl bu yarışa evsahibliyi etməklə bağlı ideya yarananda çoxları buna nail olacağımıza şübhə ilə yanaşırdı. Amma biz bunu bacardıq və Lyublyanadakı "Stojize Arena"sını birgə doldurcağımızdan məmnunam.

 

Çempionatın açılış qarşılaşması olacaq Sloveniya - Serbiya matçına ilk bileti aldığıma görə şərəf duyuram və azarkeşlərin iştirakçıların unuda bilməyəcəyi atmisfer yaradacağına inanıram. Siz də bu tamaşanın bir parçası olun”.

 

Biletlər 2 kateqoriyaya bölünüb. 10 və 14 manata (müvafiq olaraq 5 və 7 avroya) olan bir biletlə gün ərzində keçiriləcək hər iki oyunu izləmək mümkün olacaq. Biletləri online da əldə etmək mümkündü.

Tarix: 23 Noyabr 10:24    Oxunub: 61    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.