Günəş Qurbanova Pepenin formasını gətirdi – İKİ FOTO

Bakıda səfərdə olan "Beşiktaş"ın baş məşqçisi Şenol Güneş "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovla görüşüb. 

 

Sportinfo.az xəbər verir ki, türk mütəxəssis həmkarına Pepenin imzalı formasını hədiyyə edib. Qurban Qurbanov da ona "Qarabağ"ın formasını bağışlayıb.

 

"Beşiktaş"ın ötən gün Bakıya gəlib və Çempionlar Liqasının "Qarabağ" - "Çelsi" oyununu canlı izləyib.

 

Buna Bakı Olimpiya Stadionunun bir gün öncə gecə saatlarında "ağ-qara” rəngə bürünməsi və "Come to Beşiktaş” yazısı ilə Çempionlar Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanan İstanbul nəhənginə dəstək verməsi səbəb olub.

 

Şenol Günəş də bu jestə qarşılıq olaraq təşəkkür etmək üçün Bakıya gəlib. O, "Çelsi” ilə qarşılaşmada Azərbaycan çempionuna dəstək olub.

Tarix: 23 Noyabr 10:12    Oxunub: 208    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.