"Dedanın "Qarabağ"a cəlb olunması Qurbanovdan asılıdı

"Oyuna planlaşdırdığımız kimi başladıq. İkinci hissədə qol vurduqdan sonra dəyişikliklərə əl atdıq. Nəticə bizi razı salmasa da, uşaqlar yaxşı oynadılar". 

 

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın məşqçisi Aftandil Hacıyev UEFA Gənclər Liqasının V turunda "Çelsi"yə 1:3 hesablı məğlubiyyəti şərh edərkən deyib.


O bildirib ki, "Qarabağ" bəzi futbolçuların diqqətsizliyindən uduzub: "Qapımıza ilk qol penaldan vururldu deyə, komanda ruhdan düşdü. Qapıçımız səhvə yol verdi. Hələ gəncdirlər. Lakin artıq tədricən vəziyyəti düzgün qiymətləndirməli, uşaq səhvi etməməlidirlər".

 

A.Hacıyev deyib ki, "Çelsi"nin qapısına vurulan yeganə qolun müəllifi Yeroslav Dedanın əsas komandaya cəlb olunması baş məşqçi Qurban Qurbanovdan asılıdır: "Gənclər Liqasında 3 qol vurub, bu gün də fərqləndi.

 

Lakin onun əsas komandaya cəlb olunması barədə bir söz deyə bilmərəm. Növbəti turda "Roma" səfəri də bizim üçün bir təcrübədir. Əlimizdən gələni edəcəyik. Oyun baxımından rəqiblərə uduzmuruq. Yaxşı epizodlarımız olur. İtaliyada da qalib gəlməyə çalışacağıq".

 

Hacıyev gənclər komandasının baş məşqçisi Rəşad Sadıqovun "Çelsi" ilə görüşdə texniki zonada yer almasına da toxunub:

 

"Əsas komandanın matçı saat 21:00-da olduğu üçün Rəşad komandanın başında idi. Burdakı məğlubiyyətin ona axşamkı qarşılaşmada mənfi təsir edəcəyinə inanmıram".

Tarix: 23 Noyabr 09:12    Oxunub: 282    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.