“The Sun” yazdı: “Hakimdən “Qarabağ”a qarşı ağılsız qərar”

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Çelsi” oyununda hakimin mübahisəli qərarları haqda İngiltərə mətbuatı da yazıb.

 

Sportinfo.az xəbər verir ki, məşhur “The Sun” qəzeti matçın baş hakiminin “Qarabağ”ın kapitanı Rəşad Sadıqova qırmızı vərəqə göstərməsini ağılsız qərar kimi qiymətləndirib.

 

Yazıda qeyd olunur ki, görüşün portuqaliyalı baş hakimi Manuel De Souzanın bu qərarı hətta “Çelsi” azarkeşlərini də təəccübləndirib. Onlar Tvitter vasitəsilə hakimin qərarını pisləyiblər.

 

Görüşün baş hakimi 19-cu dəqiqədə Rəşad Sadıqovun cərimə meydançasında rəqiblə mübarizəsini qayda pozuntusu kimi qiymətləndirərək ona qırmızı vərəqə görtərib, “Qarabağ”ın qapısına penalti təyin edib.

 

Zərbəni dəqiq yerinə yetirən “Çelsi” təmsilçimizin say azlığından yararalanaraq daha 3 qol vuraraq 4:0 hesabı ilə qalib gəlib.

Tarix: 23 Noyabr 08:36    Oxunub: 170    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.