“Qarabağ” - “Çelsi” 1:3

Bu gün UEFA Gənclər Liqasında qrup mərhələsinin 5-ci turuna yekun vurulur.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycanı təmsil edən “Qarabağ” da bu turnirdəki son ev oyununa çıxıb.

 

Rəşad Sadıqovun baş məşqçisi olduğu U-19 öz meydanında İngiltərənin “Çelsi” komandası ilə görüşüb.

 

Təmsilçimiz səfərdə bu rəqibinə böyük hesabla uduzmuşdu - 0:5. Komandamız doğma meydanda nisbətən yaxşı təsir bağışlayıb.

 

Hətta hesabı da fasilədən sonra məhz Ağdam klubu açıb. Amma ingilislər qalan dəqiqələrdə 3 qol vurmaqla əzmkar qələbə qazanıblar. 

 

C qrupu
“Qarabağ” - “Çelsi” 1:3

Qol: Y.Deda, 50 - M.Teylor-Krossdeyl, 61-pen. Ç.Braun, 70. C.Makikran, 76.
Hakimlər: Alper Ulusoy, Mehmet Emin Tuğral, Deniz Caner Özaral (hamısı Türkiyə), Orxan Məmmədov (Azərbaycan).
Bakı. “Azərsun Arena”.

“Qarabağ”: 40. Məmməd Hüseynov, 3. Turan Manafov, 18. Süleyman Əhmədov, 24. Yaroslav Deda, 38. İbrahim Qədirzadə, 39. Zaur Fərzəliyev (k), 47. Əsgər Hüseynov, 51. Elçin Əsədov, 60. Pilağa Mehdiyev, 70. Misir Rüstəmov, 80. Yusif Həsənov.
Ehtiyat oyunçular: 63. Əfqan Fərruxlu, 26. Rahid Ağazadə, 27. Ülvi İbrahimov, 36. Əli Əliyev, 37. Akif Hümbətzadə, 54. İbrahim Hüseynov, 72. Taleh Rzayev.
Baş məşqçi: Rəşad Sadıqov.
“Çelsi”: 1. Martsin Bulka, 2. Mark Qei, 3. Jozef Kolli, 4. Etan Ampadu, 5. Koul Da Silva (k), 6. Billi Qilmor, 7. Xarvi Seynt-Kler, 8. Corc Makikran, 9. Martell Teylor-Krossdeyl, 11. Ceykob Meddoks, 15. Tarik Uvakve.
Ehtiyat oyunçular: 13. Ceymi Kamminq, 12. Kallum Hadson-Odoi, 14. Çarli Braun, 16. Xuan Familio-Kastilyo, 17. Conatan Panzo, 18. Konor Qallaxer.
Baş məşqçi: Co Edvards.

 

Çelsi – 12, Roma – 6, Atletiko – 6, Qarabağ – 3.

Tarix: 22 Noyabr 17:12    Oxunub: 184    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.