Sınmış burnunun şəklini nümayiş etdirdi, belə şərh yazfı: “Addım-addım"


“Real”ın müdafiəçisi Serxio Ramos “Atletiko” ilə keçirilən oyunda (0:0) zədələnmişdi.

 

Sportinfo.az xəbər verir ki, Ramosun burnu sınmışdı. İlk hissənin sonunda “hindular”ın futbolçusu Lukas-Fransua Ernandes cərimə meydançasında Ramosu qabaqlamaq istəyərkən, ayağı topu yox, onun sifətini tutmuşdu.

 

Ramos “instagram” səhifəsində sınmış burnunun şəklini nümayiş etdirib. O, belə şərh də yazıb: “Addım-addım”.

 

Həkimlərin verdiyi məlumata görə, Ramosun cərrahi müdaxiləyə ehtiyacı olmayacaq. Onun bərpası 10 gün çəkəcək. Bundan sonra isə meydana maska ilə çıxacaq.

Tarix: 22 Noyabr 17:00    Oxunub: 173    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.