Özil “Barselona”ya doğru!

“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil karyerasını yenidən İspaniyada davam etdirə bilər.

 

Sportinfo.az xəbər verir ki, 29 yaşlı futbolçunun xidmətində “Barselona” maraqlıdı.

 

Məlumata görə, “Barsa”nın prioritet məqsədi “Liverpul”un futbolçusu Filippe Koutinyonu transfer etməkdi. Bu transfer baş tutmasa, Kataloniya klubu Özili heyətə cəlb etməyi planlaşdırır.

 

Məsutun “Arsenal”la müqaviləsi 2018-ci ilin yayında başa çatır. “Barselona” rəhbərliyinin “Arsenal”la artıq əlaqə qurduğu da bildirilir.

 

Məlumata görə, “Arsenal” qışda Özili “Barsa”ya 20 milyon avroya satmağa razılıq verib.

Tarix: 22 Noyabr 16:48    Oxunub: 119    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.