“Qarabağ”ın “Çelsi”dən xal almasına ümid edəcəyik” - “Atletiko”nun ulduzu

Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan İspaniyanın “Atletiko” klubunun futbolçusu Koke bu gün “Roma”ya qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, ulduz futbolçu bu matçda qalib gəlməli olduqlarını, lakin bunun onlara kifayət etməyəcəyini deyib. 

 

Kokenin sözlərinə görə, onlar qalib gəlsələr də, “Qarabağ”ın uğurlu nəticəsinə ümid etməlidirlər: “Roma” üzərində qələbə bizə kifayət etməyəcək.

 

Çünki bundan sonra biz “Qarabağ”ın “Çelsi”dən xal alacağına ümid etməliyik. Bu bizim üçün vacib amildir. Qazanmaq üçün də hər şeyi edəcəyik”.

Tarix: 22 Noyabr 14:12    Oxunub: 114    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.