“Kəpəz”i 800 manat ziyanda

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportinfo.az xəbər verir ki, bu gün keçirilən iclasda 1-ci divizion və əvəzedici heyətlərin çempionatı ilə bağlı qərarlar qəbul olunub:

 

Birinci divizionun 9-cu turunun “Zaqatala” - “Turan Tovuz” matçının 45+1-ci dəqiqəsində “Turan Tovuz” klubunun futbolçusu Mehman Hacıyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

Birinci divizionun 9-cu turunun “Şüvəlan” - “Xəzər” matçında “Şüvəlan”ın 4 , “Xəzər” klubunun isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.

 

Birinci divizionun 9-cu turunun “Binə” - MOİK matçının 57-ci dəqiqəsində MOİK klubunun futbolçusu Cəmil Hacıyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

Oyunun 81-ci dəqiqəsində MOİK klubunun futbolçusu Qərib İbrahimov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

Oyunun 81-ci dəqiqəsində “Binə” klubunun futbolçusu Toure Morifere aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

 

Birinci divizionun 10-cu turunun “Binə” - “Sabah” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Birinci divizionun 10-cu turunun “Zaqatala” - “Ağsu” matçının 34-cü dəqiqəsində “Ağsu”nun futbolçusu Təmraz Əmircanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

Birinci divizionun 10-cu turunun “Mil-Muğan” - “Xəzər” matçının 73-cü dəqiqəsində “Xəzər” klubunun futbolçusu Məhəmməd Məhəmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

Birinci divizionun 10-cu turunun “Qaradağ Lökbatan” - MOİK matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Oyunun 90+4-cü dəqiqəsində MOİK-in futbolçusu Mehman Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

Əvəzedici heyətlərin 12-ci turunun “Keşlə” - “Zirə” matçının 74-cü dəqiqəsində “Zirə”nin futbolçusu Sadiq Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.

 

Əvəzedici heyətlərin 12-ci turunun “Kəpəz” - “Səbail” matçının 25-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Elcan Rəhimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 800 manat cərimə olunur.

Tarix: 22 Noyabr 13:48    Oxunub: 74    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.