“Qarabağ” Şehiçlə “vidalaşdı”

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

 

Sportinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olundu. 

 

“Qarabağ” – “Sumqayıt” matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Oyunun 30-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu İbrahim Sehiç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 2400 manat cərimə olunub.

 

“Kəpəz” – “Səbail” matçında “Kəpəz” və “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalanıb. Bu səbəbdən hər iki klub 800 manat cərimə olunub.

 

Oyunun 5-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Dedimar Fereyra aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyun cəzalanıb, klubu 2400 manat cərimə olunub.

Tarix: 22 Noyabr 13:12    Oxunub: 272    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.