Yunis Hüseynov xəbərdarlıq etdi, vaxt verdi

Premyer Liqanın 13-cü turunda Gəncədə “Qəbələ”ni qəbul edəcək “Kəpəz” bir günlük istirahətdən sonra məşqlərə başlayıb. 

 

Komandanın məşqi Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçirilib. “Sarı-göylər”i məşqə yeni baş məşqçi Yunis Hüseynov çıxarıb. 

 

Təxminən saatyarım davam edən hazırlıq prosesi isinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayıb. Daha sonra futbolçular toplu məşqlər və taktiki-texniki tapşırıqlar üzərində çalışıblar. 

 

Yunis Hüseynov görəvinin icrasına xəbərdarlıqla başlayıb. Təcrübəli mütəxəssis kollektiv üzvlərinə qışadək vaxt verib. O, növbəti 3 oyunda özünü göstərə bilməyən hər kəslə vidalaşacağını bildirib.

 

Bu bəyanat futbolçulara aiddi. Hüseynov iş icraçılarına - texniki personala isə dəyməyəcək. Amma hamını ciddi nəzarət altında saxlayacaq (Sportinfo.az). 

 

Tarix: 22 Noyabr 10:48    Oxunub: 492    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.