“Beşiktaş” ÇL-in 1/8 finalında, "Real" məğlub olmasaydı...

Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turuna start verilib.

 

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 8 görüş keçirilib. E qrupunda keçirilən “Sevilya” – “Liverpul” oyununda qalib gələn tərəf 1/8 finala yüksələcəkdi.

 

Heç-heçə isə “Liverpul”a sərf edəcəkdi. Qrupun digər oyununda “Spartak” “Maribor”a uduzsaydı, İngiltərə təmsilçisi qrupdan çıxacaqdı. İspaniyadakı duel kifayət qədər gərgin keçib.

 

İlk yarıda 3 qol vuran qonaqlar fasilədən sonra öz qapılarından da bir o qədər top çıxarmalı olublar. Bu üzdən də qalib müəyyənləşməyib. Elə qrupun digər matçında da heç-heçə qeydə alınıb.

 

F qrupunda “Şaxtyor” səfərdə “Napoli”nin qonağı olub. Donetsk təmsilçisi bu oyunda uduzmasaydı, 1/8 finala yüksələcəkdi. Lakin İtaliya təmsilçisi son şansdan yaxşı yararlanıb və Ukrayna klubunu darmadağınla yola salıb.

 

Qrupun digər oyununda artıq növbəti mərhələyə vəsiqə qazanmış “Mançester Siti” autsayder “Feyenoord”u qəbul edib və qalib gəlib.

 

G qrupunda keçirilən “Beşiktaş” – “Portu” matçına da böyük maraq vardı. İstanbul klubu uduzmasaydı, 1/8 finala adlayacaqdı. “Qara qartallar” uduzduğu halda da qrupdan çıxa bilərdi.

 

Bunun üçün “Leytpsiq” “Monako” ilə görüşdə xal itirməliydi. Lakin buna ehtiyac qalmayıb. “Beşiktaş” heç-heçəyə nail olmaqla son turun nəticəsindən asılı olmayaraq, rəqibləri üçün əlçatmaza çevrilib. Qrupun digər matçında isə Almaniya klubu son Fransa çempionunu səfərdə biabır edib.

 

H qrupunda “Real” APOEL-in qonağı olub. Madrid klubu məğlub olmasaydı, mərhələni adlayacaqdı. Ancaq bunun üçün qrupun digər oyununda Dortmund “Borussiya”sı xal da itirməliydi. Bu cür də olub. İspanlar 3 xalı 6 cavabsız qolla qazanıblar. Dortmundlular isə doğma meydanda məğlub olmaqla mərhələ adlamaq şanslarını boşa veriblər.

 

E qrupu

“Spartak” (Rusiya) - “Maribor” (Sloveniya) 1:1
Qol: Luis, 82 - Mesanoviç, 90.

 

“Sevilya” (İspaniya) - “Liverpul” (İngiltərə) 3:3
Qol: Yedder, 51; 60-pen. Pizarro, 90 - Firmino, 2; 30. Mane, 22.

Liverpul – 9, Sevilya – 8, Spartak – 6, Maribor – 2.

 

F qrupu

“Mançester Siti” (İngiltərə) - “Feyenoord” (Hollandiya) 1:0
Qol: Sterlinq, 88.

 

“Napoli” (İtaliya) - “Şaxtyor” (Ukrayna) 3:0
Qol: İnsinye, 56. Zelinski, 81. Mertens, 83.

Mançester Siti – 15, Şaxtyor – 9, Napoli – 6, Feyenoord – 0.

 

G qrupu

“Beşiktaş” (Türkiyə) - “Portu” (Portuqaliya) 1:1
Qol: Taliska, 41 - Felipe, 29.

 

“Monako” (Fransa) - “Leyptsiq” (Almaniya) 1:4
Qol: Falkao, 43 - Jemerson, 6-öz qapısına. Verner, 9; 31-pen. Keyta, 45.

Beşiktaş – 11, Portu – 7, Leytpsiq – 7, Monako – 2.

 

H qrupu

“Borussiya” (Dortmund, Almaniya) - “Tottenhem” (İngiltərə) 1:2
Qol: Obameyanq, 31 - Keyn, 49. Son, 76.

 

APOEL (Kipr) - “Real” (İspaniya) 0:6
Qol: Modriç, 23. Benzema, 39; 45. Fernandes, 41. Ronaldo, 49; 54.

Tottenhem – 13, Real – 10, Borussiya – 2, APOEL – 2.

Tarix: 22 Noyabr 08:00    Oxunub: 91    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.