“Qəbələ” bəs qədər... - FOTOLAR

“Qəbələ” İdman Klubunun təşkilatçılığı, Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən “Qəbələ Open” beynəlxalq birinciliyinə yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində baş tutan yarışda Türkiyə, Rusiya, İraq, Gürcüstan təmsilçiləri, həmçinin ölkəmizin regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri, taekvondo bölmələri və klublardan 500-dən artıq idmançı qüvvəsini sınayıb.

 

Üç gün davam edən yarışda 2006-2007-ci il və 2008-2009-cu il təvəllüdlü uşaqlar, 2003-2005-ci il təvəllüdlü yeniyetmələr, 2000-2002-ci il təvəllüdlü gənc idmançılar mübarizə aparıblar.

 

Yarış ərzində ümumilikdə 49 dəst medal sahibini tapıb. Komanda hesabında “Tofiq İsmayılov” 1-ci, Ağcabədi 2-ci, “Təhsil” 3-cü, “Rabitə” 4-cü yeri tutub. “Qəbələ” idmançıları yarışda 11 medal qazanıblar: 2 qızıl, 2 gümüş və 7 bürünc.

 

Anar İbrahimov və Eltac Qafarov fəxri kürsünün ən yüksək pilləsinə qalxıbsa, Ramal Hüseynovla Əbülfət Zülfüqarov gümüş, Fərid Quliyev, İlkin Əhmədov, Tehran Ümidxanov, Nicat Əzizli, Ülvi Musayev, Fuad Aslanlı, Dadaş Dadaşov bürünc medala yiyələnib. 

 

Tarix: 21 Noyabr 09:36    Oxunub: 256    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.