Riçard Almeyda Bakı Olimpiya Stadionunun tarixinə düşdü - FOTO

Premyer Liqada 2017/18 mövsümünün 100-cü qolu vurulub. 

 

Sportinfo.az xəbər verir k, yubiley qolu turun açılış matçına təsadüf edib. “Qarabağ” – “Sumqayıt” görüşündə (2:0) hesabı açan Riçard Almeyda bu qolun müəllifi olub.

 

Braziliyalı yarımmüdafiəçi 41-ci dəqiqədə fərqlənib. İlk 11 turda 99 qol vurulduğundan yubiley 12-ci turda yaşanıb.

 

Bu top həm də Bakı Olimpiya Stadionunda vurulan ilk qol olub. Belə ki, Azərbaycanın ən böyük idman qurğusu ilk dəfə çempionat oyununu qəbul edib.

 

Bununla da Bakı Olimpiya Stadionu Azərbaycan çempionatları tarixində qarşılaşmalara ev sahibliyi edən 61-ci arena kimi tarixə düşüb. Belə ki, 25 illik tarixə malik yarışın matçları bunadək 60 müxtəlif stadionda baş tutmuşdu.

 

Mövsümün ilk və 50-ci qollarını da “Qarabağ” vurmuşdu. Hər iki halda Mahir Mədətov fərqlənmişdi. O, avqustun 11-də “Neftçi” ilə səfər görüşündə (3:1) ilk, sentyabrın 22-də “Sumqayıt”la ev qarşılaşmasında (3:1) 50-ci qolun müəllifi olmuşdu. Eyni rəqiblərin 56 gündən sonra keçirilən matçında növbəti yubiley gerçəkləşib.

Tarix: 20 Noyabr 16:00    Oxunub: 127    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.