"Günahkar mən deyiləm, kiminsə barəmdə pis düşünməsini istəmirəm"

Premyer Liqanın 12-ci turunda “Neftçi” evdə “Qəbələ”yə 2:3 hesabıyla uduzdu. 

 

Sportinfo.az xəbər verir ki, oyunun ilk hissəsində, “Qəbələ” hesabda geri olarkən meydana yenicə daxil olan Ruslan Qurbanov komandasına küncdən zərbə qazandırdı.

 

Həmin epizod “Neftçi”nin futbolçularının və məşqçilər heyətinin kəskin narazılığına səbəb oldu. Belə ki, epizodun təkrarında da topun məhz Qurbanovdan çıxdığı aşkar görünürdü.

 

Lakin hakimlər briqadası səhvə yol verərək, künc zərbəsi qərarı verdilər. “Qəbələ” məhz bu kornerdən sonra hesabı bərabərləşdirdi.

 

Ruslan ikinci hissədə də sabiq klubunu cəzalandırdı. O, “ağ-qaralar”ın qapısına təyin edilmiş penalti zərbəsini dəqiq yerinə yetirdi.  

 

Ruslan oyundan sonra sosial şəbəkədəki hesabında bu iki epizod barədə fikirlərini bildirib. O, künc zərbəsi qərarının səhv olduğunu, topun məhz ondan meydanı tərk etdiyini etiraf edib:

 

“Qol vurduğumuz künc zərbəsi barədə danışmaq istəyirəm. Mən futbolçuyam və  vəzifəm də futbol oynamaq, komandama xeyir verməkdi. Bəli, küncdən zərbənin verildiyi epizodda top məndən çıxmışdı, lakin bunun günahkarı mən deyiləm.

 

Buna görə, hakimin əziyyət çəkməsini də istəməzdim. Çünki o, səhvə yol verdi. O ki qaldı penaltini yerinə yetirməyimə, bu mövsümdə hələ ki, qol vura bilməmişdim. Hücum xəttində çıxış etdiyimdən, fərqlənmək istəyirdim. Bu, mənim mövsümdə ilk qolum idi.

 

“Neftçi”yə, onun azarkeşlərinə, klub rəhbərliyinə və “Forza Neftçi” azarkeş qrupuna hörmət edirəm. Kiminsə mənim barədə pis düşünməsini istəmirəm. Fikrimcə, hamı başa düşür ki, bu futboldu və mən də hər oyunda qalib gəlmək istəyirəm”.   

Tarix: 20 Noyabr 15:36    Oxunub: 224    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.