Kapitan əməliyyata ehtiyac duymadı, maska taxacaq

“Real”ın kapitanı Serxio Ramos sabah APOEL-lə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək matçda meydana çıxacaq.

 

Sportinfo.az xəbər verir ki, La Liqada “Atletiko” ilə oyunda burnundan zədələnən oyunçu əməliyyata ehtiyac duymayıb.

 

O, ölkə çempionatında “Malaqa” və “Atletik”lə görüşdə də iştirak edə biləcək. Ramos sözügedən qarşılaşmalarda qoruyucu maska ilə meydana çıxacaq.

 

 

"Atletiko” ilə qolsuz bərabərə qalan “Real” La Liqada 24 xalla 3-cü pillədədi. Onlar lider “Barselona”dan 10 xal geri qalırlar.

Tarix: 20 Noyabr 15:12    Oxunub: 98    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.