UEFA Azərbaycanın avrokuboklarda iştirak etməyən 6 klubina 71 min 53 manat verdi

UEFA Azərbaycanın 2016-2017 mövsümündə avrokuboklara vəsiqə qazanmamış 6 klubuna maliyyə vəsaiti ayırıb.

 

Sportinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, vəsait UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində nəzərdə tutulub. 


Həmin mövsüm Azərbaycan Premyer Liqasında çıxış etmiş, amma UEFA Çempionlar Liqası və Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hər birinə 71 min 53 manat verilib.

 

Bu məbləğ AFFA-nın vasitəçiliyi ilə "Zirə", "Keşlə" (sabiq "İnter"), "Sumqayıt", AZAL, "Neftçi" və "Kəpəz"in hesabına köçürülüb. 

 

“Kəpəz” və “Keşlə” üçün nəzərdə tutulmuş vəsait klubların aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesablarına köçürüləcək.

Tarix: 20 Noyabr 15:00    Oxunub: 197    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.