Fərid Nəbiyev oynadı, “Slaviya” səfərdə qalib gəldi

Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində 15-ci turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Fərid Nəbiyevin formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi də növbəti matçına çıxıb.

 

Sözügedən komanda səfərdə “Viktoriya” (Plzen) ilə qarşılaşıb. Praqa təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 3:0.

 

Fərid də bu görüşün iştirakçısı olub. U-19 millimizin kapitanı start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.

 

“Slaviya”nın U-21 komandası geridə qalan turlarda 23 xal toplayıb və turnir cədvəlində 12 klub arasında 6-cı sırada qərarlaşıb.

Tarix: 20 Noyabr 13:36    Oxunub: 97    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.