FİFA-nın yeni prezidenti Azərbaycana ilk dəfə səfər edəcək

FIFA-nın yeni prezidenti Canni İnfantino ilk dəfə Azərbaycana səfər edəcək.


Sportinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, ali futbol qurumunun rəhbəri noyabrın 21-də Bakıda FIFA İcraedici Futbol Sammitinə qatılacaq. 


Tədbirdə FIFA-nın baş katibi Fatma Samura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FIFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edəcəklər. 

 

Sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxildir.

Tarix: 20 Noyabr 12:36    Oxunub: 92    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.