"Çelsi"nin ulduzu: "Bizi çətin həftə gözləyir, çünki "Qarabağ" və "Liverpul"la üz-üzə gələcəyik"

“Qol vurmaq hər zaman xoşdur. Bu, mənim üçün ən başlıca hədəf deyil, amma özünəinam baxımından yaxşı haldır. İki qol vursam da, ən önəmlisi qalib gəlməyimiz və yaxşı oynamağımızdır”. 

 

Sportinfo,az xəbər verir ki, bunu “Çelsi” klubunun futbolçusu Eden Azar İngiltərə Premyer Liqasının XII turunda “Vest Bromviç” üzərində 4:0 hesablı qələbəni və vurduğu 2 qolu şərh edərkən deyib.


London təmsilçisi noyabrın 22-də Çempionlar Liqasının (ÇL) V turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq.

 

26 yaşlı belçikalı yarımmüdafiəçi hesab edir ki, “Çelsi”ni qarşıda çətin həftə gözləyir: “Çünki “Qarabağ”la oynayırıq, ardınca “Liverpul”a səfərə gedirik. Liderlər qrupunda qalmaq istəyirik”.

 

"Çelsi” hazırda İngiltərə Premyer Liqasında 25 xalla 3-cü sırada qərarlaşıb və lider “Mançester Yunayted”dən 9 xal geri qalır.

 

ÇL-də isə 7 xalla 2-ci pillədə yer alan “zadəganlar” İtaliya “Roma”sından 1 xal az toplayıb. İspaniya “Atletiko”su 3 xalla 3-cü, “Qarabağ” isə 2 xalla sonuncu yerdədir.

Tarix: 20 Noyabr 10:00    Oxunub: 121    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.