"Artıq "Qəbələ"nin əsas heyətində daha çox oynayacam"

"Yaxşı oyun alındı. Bu, həm də "Neftçi"nin yaxşı komanda olmasından irəli gəlirdi. Rəqib də layiqli çıxış etdi, amma matçın müəyyən bölümlərində biz daha yaxşı mübarizə apararaq, əzmkar qələbə qazanmağı bacardıq. Artıq əsas heyətdə daha çox oynaya biləcəyimə inanıram".

 

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin futbolçusu Stiven Jozef-Monroz səfərdə "Neftçi"ni 3:2 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XII tur matçından sonra deyib.


Fransalı hücumçu artıq zədəsini tam bərpa etdiyini bildirib: "Ötən tur "Səbail"ə 3:1 hesabı ilə qalib gəldiyimiz oyun zamanı ayağımda ağrı hiss etdim.

 

Bu vaxt matçın sonlarına 15 dəqiqə qalırdı. Zədəm ötən həftə sağaldı. Bundan sonra daha çox işləməyə başladım. Hər gün səylə çalışıram ki, əsas heyətdə yer alım".


Jozef-Monroz 2 aylıq qış fasiləsini ailəsinə həsr edəcəyini vurğulayıb. 27 yaşlı forvard komandasının qələbə topu barədə də danışıb: "Həmin epizodda arxamda rəqibin 2 oyunçusu var idi. Daha sonra önümə 1-i keçdi.

 

Onu da keçəndən sonra qol vurdum. Məncə, bu qol həm də ona görə yaxşı oldu ki, hesab 2:2 olduğu vaxt qol vurdum və komandama qələbə qazandırdım".

Tarix: 20 Noyabr 09:24    Oxunub: 208    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.