LAYİHƏ: U-16 yığmamız AEGEAN Cup turnirində ilk oyununu keçirəcək

Bu gün Türkiyənin Aydın şəhərində 16 yaşlı yığmalar arasında keçirilən ənənəvi AEGEAN Cup turnirinə start verilir. 8 yığmanın iştirak etdiyi turnirdə U-16 millimiz də çıxış edir.

 

Yığmamızın baş məşqçisi Vüqar Məmməd turnirə 20 futbolçu ilə yollanıb və bunlardan 6-sı 2003-cü il təvəllüdlü futbolçulardı. Komandamız A qrupunda Albaniya, Kosova və Türkiyə yığmaları ilə bir qrupda yer alıb. 

 

Artıq Vüqar Məmmədin yetirmələri dünən günorta saatlarında Aydın şəhərinə çatıb. "Pine Bay Hotel"də məskunlaşan U-16 millimiz dünən axşam saatlarında 1 saatlıq yüngül məşqə çıxıb. Komandamız bu gün Bakı vaxtı ilə saat 12:30-da ilk oyununa çıxacaq. Rəqib Albaniya millisidi. 

 

Komandamız növbəti oyunlarını 21 və 23 noyabrda müvafiq olaraq Kosova ( 12:30) və Türkiyə (16:00) yığmalarına qarşı keçirəcək. Bütün oyunlar barədə mütəmadi olaraq məlumat veriləcək. 

 

Sportinfo 

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Tarix: 20 Noyabr 10:12    Oxunub: 127    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.